Bakının Binəqədi rayonunda kafedə dava düşüb.
Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Sulutəpə kafesində baş verib.
1965-ci il təvəllüdlü Həsənağa Həbibov usta kimi çalışdığı yerin yaxınlığında kafedə tanımadığı dörd nəfərlə mübahisə edib. Həmin şəxslərdən biri H.Həbibova məxsus çantadan çəkic çıxararaq onun başına vurub. Yaralı başından xəsarətlər alıb. O, xəstəxanaya yerləşdirilib.
Milli.Az