Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlandı

11 İyun 2020 21:27

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyunun 11-nə olan statistik göstəriciləri açıqlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 6 622 test edildiyi bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 362 654 test aparılıb.

Milli.Az