Uçuş həyata keçirəcək şəxsin koronavirus testi ödənişsiz aparılacaq

11 İyun 2020 18:03

Naxçvan-Bakı reysi üzrə uçuş həyata keçirəcək şəxsin koronavirus testi ödənişsiz aparılacaq.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin vitse-prezidenti Eldar Hacıyev deyib.

Onun sözlərinə görə, vətəndaş onlayn bilet aldıqdan sonra AZAL və TƏBİB-in birgə hazırladığı elektron bazaya həmin şəxs barədə məlumat yerləşdirəcək:

"Vətəndaş elektron sistemdən biləcək ki, o nə vaxt və harada koronavirus testindən keçə biləcək. Qeyd edim ki, bu test dövlət tərəfindən ödənişsiz olacaq və qüvvədə qalma müddəti 48 saat olacaq".

Milli.Az