TƏBİB: Çarter reyslərini yerinə yetirən heyət arasında koronavirusa yoluxma halı olmayıb

11 İyun 2020 17:47

Azərbaycana çarter reyslərini yerinə yetirən heyət arasında koronavirusa yoluxma halları qeydə alınmayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində bildirib.

O əlavə edib ki, insanlar arasında maskadan istifadə halları artıb.

Milli.Az