Nazirlər Kabineti yanında Operativ Qərargah brifinq keçirib

11 İyun 2020 16:01

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah koronavirusla bağlı KİV nümayəndələri üçün brifinq keçirib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, brifinqdə "Azərbaycan Hava Yolları" QSC-nin vitse-prezidenti Eldar Hacıyev, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin direktoru Arif Məmmədov və TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva jurnalistləri maraqlandıran suallara cavab veriblər.

Qeyd edək ki, ölkədə ümumilikdə 8 530 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 4 720 nəfər müalicə olunaraq sağalıb, 102 nəfər vəfat edib, 3 708 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Milli.Az