TƏBİB tələbə və rezidentlərə müraciət etdi

11 İyun 2020 16:03

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tələbə və rezidentlərə müraciət edib.

TƏBİB-dən Milli.Az-a verilən məlumata görə, müraciətdə deyilir:

"Koronavirusla mübarizədə dövlətimizə və fədakar həkimlərimizə dəstək olmaq və yeni biliklər qazanmaq istəyirsinizsə, aşağıdakı linkdə qeydiyyatdan keçərək bizə qoşula bilərsiniz. Könüllü xidmət üçün yalnız III, IV , V və VI kurs tələbələri və rezidentlər müraciət edə bilərlər.

Qeyd: könüllü işlər həm ofis, həm də xəstəxanada həyata keçirilə bilər.

https://docs.google.com/forms/d/e/1FAIpQLSeGcImK3EogaAB2CTW186RbhvrvtHExLDMffxRhE_bR3kdsOA/viewform

Milli.Az