Bakıda fəaliyyət göstərən tanınmış sağlamlıq mərkəzi "İntermed" MMC ləğv olunub.
Milli.Az baku.ws-ə istinadən xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, ev 115 ünvanına bildirə bilərlər.
Xatırladaq ki, "İntermed" MMC 2002-ci ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 101,2 min manatdır.
Milli.Az