Avropa Parlamenti Azərbaycanın ərazi bütövlüyünə dəstəyini ifadə etdi

11 İyun 2020 10:35

Avropa Parlamentinin (AP) Azərbaycan üzrə məruzəçisi Jelena Zavko, Ermənistan üzrə məruzəçisi Traian Basesku və AP-nin Azərbaycan, Gürcüstan və Ermənistan üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Mariya Kalyurandın birgə bəyanatı qəbul edilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, ilk dəfədir ki, Azərbaycanın işğal edilmiş ərazilərindəki qanunsuz fəaliyyətlə bağlı AP rəsmilərinin belə bir birgə sənədi qəbul olunur və münaqişənin məhz Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində həllinə çağırış əks olunur.

Milli.Az