Bu marşrut xətti üzrə “BakuBus” avtobusları işləyəcək - FOTO

11 İyun 2020 10:39

Bu gündən 24 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşımaları "BakuBus" MMC-yə məxsus BMC Procity 12 metrlik müasir və komfortlu avtobuslarla həyata keçirilir.

Bakı Nəqliyyat Agentliyindən Milli.Az-a verilən məlumata görə, dəyişiklik nəticəsində Bakıxanov və Qaraçuxur qəsəbələrinin "Koroğlu" NMM və metronun "N.Nərimanov" stansiyası ilə marşrut xətti ilə əlaqələndirilməsi təmin edilib.

Sərnişinlərin "BakıKart"-ın balansını artıra bilməsi üçün 24 nömrəli marşrut xətti boyunca xüsusən də Bakıxanov və Qaraçuxur qəsəbələri ərazisində 7 ünvanda pos-terminal qoyulub.

Milli.Az