Futbolçunun üzünə silah dirəyib, bahalı saatını oğurladılar

11 İyun 2020 08:58

İtaliyanın "Milan" klubunun futbolçusu Samuel Kastilyexo sükan arxasında olarkən silahlı hücuma məruz qalıb.

Bu baradə "MilanNews" məlumat yayıb.

Cinayətkarlar işıqforda yaşıl işığın yanmasını gözləyən futbolçuya yaxınlaşaraq, tapançanı onun üzünə dirəyiblər.

Silahlı şəxslər idmançının bahalı saatını oğurlayıb, hadisə yerindən uzaqlaşıblar.

İspaniyalı yarımmüdafiəçi S.Kastilyexo 2018-ci ildə çıxış etdiyi "Vilyareal" klubundan "Milan"a transfer olub.

Milli.Az