Bakıda kişi qonşusu tərəfindən bıçaqlanıb

11 İyun 2020 08:18

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Pirşağı qəsəbəsində qeydə alınıb.

1965-ci il təvəllüdlü Ağaverdiyev Nəsirəddin Ağaverdi oğlu qonşusu tərəfindən bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Milli.Az