Bakıda "BMW" aşıb, ölən və xəsarət alan var

10 İyun 2020 22:25

Paytaxtın Xətai rayonunun Nobel prospektində "BMW" markalı avtomobil aşıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, iyunun 9-da saat 5 radələrində Xətai rayonunun Nobel prospektində Bakı şəhər sakini Tofiq Mütəllimov idarə etdiyi "BMW" markalı avtomobili aşıb.

Nəticədə xəsarət alan T.Mütəllimov və sərnişini Q.Mirişli xəstəxanaya yerləşdirilib, sürücü orada dünyasını dəyişib.

Xətai RPİ tərəfindən araşdırma aparılır.

Milli.Az