Azərbaycanda pandemiya dövründə pərakəndə ticarət dövriyyəsinin həcmi açıqlanıb

10 İyun 2020 21:39

Bu ilin yanvar-may aylarında Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 14 milyard 567,2 milyon manat təşkil edib.

Milli.Az bildirir ki, Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə ticarət dövriyyəsi 1.7 faiz azalıb.

Əhaliyə göstərilən ödənişli xidmətlər isə 2 milyard 858,8 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 14.9 faiz azdır.

Milli.Az