Çin peyvəndin hazır olacağı tarixi açıqladı

14 İyun 2020 23:35

Yeni tip koronavirusla bağlı peyvəndlər payızda hazır ola bilər.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri çinli epidemioloq Zonq Nanşan deyib.

O bildirib ki, pandemiyaya qarşı "sürü toxunulmazlığı" metodu ilə deyil, kütləvi peyvəndlə mübarizə aparmaq vacibdir:

"Çinli alimlər tərəfindən hazırlanan bəzi peyvəndlər payızda təcili istifadə üçün hazır olacaq".

Qeyd edək ki, Çin hazırda yeni tip koronavirusa qarşı 5 fərqli peyvəndi sınaqdan keçirir.

Milli.Az