Rusiyada bir gündə 216 nəfər koronavirusdan öldü

10 İyun 2020 14:29

Rusiyada koronavirusa yoluxma göstəriciləri artmaqda davam edir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, ölkədə son sutka ərzində 8 404 nəfər virusa yoluxub, 216 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 493 657 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 6 358 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 252 783 nəfər virusdan sağalıb, 234 516 nəfərin müalicəsi isə davam edir.

Milli.Az