Almaniya kubokunda ilk finalçı müəyyənləşdi

10 İyun 2020 10:10

Almaniya kubokunda yarımfinal mərhələsinə start verilib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki,1/2 finalın ilk matçında "Bayer" "Saarbrükken"in qonağı olub. 3:0 hesabı ilə qalib gələn Leverkuzen təmsilçisi finala çıxıb.

"Saarbrükken" - "Bayer" - 0:3
Qollar: Diabi, 11, Alario, 19, Bellarabi, 58

"Bayer" finalda "Bavariya" - "Ayntraxt" cütlüyünün qalibi ilə qarşılaşacaq.

Milli.Az