İngiltərə Çempionşipində çıxış edən "Stok Siti" futbol klubunun baş məşqçisi Maykl O'Nil koronavirusa yoluxub.
Trend-in "Gazeta.ru"ya istinadən verdiyi xəbərə görə, bu barədə futbol klubunun rəsmi saytında məlumat yerləşdirilib.
Bildirilir ki, 50 yaşlı mütəxəssis koronavirusa yoluxduqdan sonra 5 dəfə koronavirus testindən keçib, lakin bütün testlərin nəticəsi mənfi olub. Testin nəticəsi müsbət olandan sonra baş məşqçi ev karantininə göndəriləcək.
Mütəxəssis məşqçilər heyəti və futbolçularla videoəlaqə vasitəsilə əlaqədə olacaq.
Milli.Az