Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlandı

9 İyun 2020 21:27

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyunun 9-na olan statistik göstəriciləri açıqlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 5 809 test edildiyi bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 349 200 test aparılıb.

Milli.Az