Çörək zavodunun işçiləri iyunun 15-də işə gələ biləcək - RƏSMİ

9 İyun 2020 20:02

Ötən həftə sərt karantin günlərində ölkədə çörək təminatı ilə bağlı problem olmayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə Nazirlər Kabinetinin Mətbuat xudmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, lakin iyunun 16-da mağazaları çörəklə təmin etmək üçün iyunun 15-də saat 16:00-da çörək zavodu işçiləri işə gələ bilər, buna icazə veriləcək.

Milli.Az