"Neftçi" 5 məşqçisi ilə vidalaşıb

9 İyun 2020 20:49

"Neftçi" Futbol Akademiyasının müqaviləsi başa çatan məşqçiləri ilə qarşılıqlı razılaşma əsasında yollar ayrılıb. 

Milli.Az Apasport.az-a istinadən xəbər verir ki, bu barədə klub rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilib ki, baş məşqçilər Elnur İmamquliyev (U-15) və Ceyhun Əhmədov (U-10), köməkçi məşqçilər Ceyhun Rzayev (U-19) və Ədəhim Niftəliyev (U-14), eləcə də qapıçılar üzrə məşqçi Ramiz Əhmədova növbəti ayın əməkhaqqı ödənilərək, onlarla əməkdaşlığa son qoyulub.

Milli.Az