Arvadı haqqında söz-söhbət çıxaran dostunu tüfənglə öldürdü - FOTO

9 İyun 2020 16:56

Bursada uşaqlıq dostu 28 yaşlı Ömer Sabakı həyat yoldaşı haqqında söz-söhbət yaydığı üçün küçənin ortasında tüfənglə öldürən 29 yaşlı Murat Kanşıraya ağır cəza verilib.

Milli.Az Sondakika-ya istinadən xəbər verir ki, Bursa 7-ci Ağır Cinayətlər Məhkəməsində barəsində "qəsdən adam öldürmə" ittihamı ilə təqsirləndirlən Murat Kanşıray ömürlük azadlıqdan məhrum edilib.

Kanşıray məhkəmədə "Ömer ölümündən qabaq 8 ay ərzində həyat yoldaşım haqqında pis-pis söz-söhbətlər yayırdı. Küçədə Ömərlə qarşılaşarkən məni söyüncə ona atəş açdım. Sonrasını xatırlamıram" ifadəsini verib.

Məhəmməd Vaqif
Milli.Az