"Yuventus"un futbolçusu Kriştiano Ronaldo Portuqaliya millisi ilə Millətlər Liqasının kubokunu qazanmaqlarını xatırladıb.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, 35 yaşlı hücumçu yığmanın kuboku qaldırdığı şəkli paylaşaraq bu sözləri yazıb: "Millətlər Liqasının kubokunu qazandığımızı xatırlatmağın vaxtı".
Qeyd edək ki, ötən il iyunun 9-u Portuqaliya Millətlər Liqasının finalında Niderlanda 1:0 hesabı ilə qalib gəlmişdi.
Milli.Az