"Çelsi" 18 yaşlı futbolçu ilə bağlı qərarını verdi

9 İyun 2020 17:44

"Çelsi" futbolçusu Faustino Andjorinlə yeni müqavilə imzalayıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 18 yaşlı yarımmüdafiəçi qarşıdakı 5 mövsüm ərzində London təmsilçisində oynayacaq.

Qeyd edək ki, Andjprin "Çelsi"nin əsas komandasında ilk matçına 2019-cu ilin sentyabrında çıxıb. Həmin vaxt o, İngiltərə kubokunda "Qrimsbi Taun"la görüşdə (7:1) debüt edib.

Milli.Az