Ermənilər Azərbaycan ərazilərində yanğın törədib

9 İyun 2020 17:05

Ermənilər işğal etdikləri Azərbaycan torpaqlarında yanğın törədib.  

Milli.Az APA-ya istinadən xəbər verir ki, yanğın Tərtər rayonunun işğal altında olan Talış kəndi ərazisində müşahidə edilir. 

Cəbhə xəttində yerləşən Tərtərin Borsunlu kənd sakinlərinin APA-ya verdiyi məlumata görə, dağlıq yüksəkliklərdə müşahidə olunan alov daha geniş ərazilərə yayılır.

Milli.Az