İngiltərə Premyer Liqasının ən bahalı heyətə sahib klubları - "TOP-10"

9 İyun 2020 16:53

"Give me Sport" İngiltərə Premyer Liqasında ən bahalı heyətə sahib klubların siyahısını dərc edib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki,siyahının ilk pilləsində "Mançester Siti" qərarlaşıb. Orta yaş həddi 26,4 yaş olan Mançester təmsilçisinin heyətinin ümumi qiyməti 927 milyon funt sterlinqdir.

Siyahıda "Liverpul" 881 milyon funt sterlinqlə 2-ci, "Tottenhem" 642 milyon funt sterlinqlə 3-cü pillədə qərarlaşıb.

İngiltərə Premyer Liqasında ən bahalı heyətə sahib 10 klubu

1. "Mançester Siti" - 927 milyon funt sterlinq

2. "Liverpul" - 881 milyon

3. "Tottenhem" - 642 milyon

4. "Çelsi" - 614 milyon

5. "Mançester Yunayted" - 583 milyon

6. "Arsenal" - 514 milyon

7. "Everton" - 375 milyon

8. "Lester" - 367 milyon

9. "Vest Hem"- 268,6 milyon

10. "Vulverhempton" - 268,2 milyon

Milli.Az