Windows 7 ən məşhur əməliyyat sistemi (ƏS) kimi dünyada ikinci olaraq qalıb.
Milli.Az ted.az-a istinadən bildirir ki, bu barədə NetMarketShare analitik şirkətin araşdırmasında deyilir.
Kompüter sahiblərinin 24,28%-i 2009-cu ildə istifadəyə verilən məhz bu əməliyyat sistemindən istifadə edir, bu da ümümi reytiq cədvəlində 2-ci yerdir.
Analitiklərə görə, birinci yerin sahibi, həmçinin ən populyar əməliyyat sistemi Windows 10-dur, istifadəçilərin 57,83%-i məhz bu ƏS-ni seçib.
Üçüncü və dördüncü yerləri isə Windows 8.1 və macOS X 10.14 əməliyyat sistemləri tutub.
Mütəxəssislərin məlumatına görə, Windows 7 düz 12 ay bazarın 35 faizində pay düşürdü. Eyni zamanda, 2020-ci ilin yanvar ayından etibarən OS-nin dəstəyinin sona çatması elan edildikdə, istifadəçilərin sayı əhəmiyyətli dərəcədə dəyişilməyib.
Milli.Az