Çin 5G texnologiyalarından istifadəni genişləndirmək üçün önəmli addım atdı

11 İyun 2020 21:50

Çin bu ilin sonuna qədər 5G şəbəkəsi üçün 600 min baza stansiyası quraşdıracaq.

Milli.Az ted.az-a istinadən bildirir ki, bu barədə Çin Sənaye və İnformasiyalaşdırma Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, bu stansiyalar sayəsində 5G şəbəkəsi bütün əhəmiyyətli şəhərləri əhatə edəcək.

Qeyd edək ki, hazırda Çində 5G texnologiyalarından 36 milyon nəfər istifadə edir. Bu ilin sonuna qədər Çində 5G şəbəkəsini dəstəkləyən telefonların sayının 180 milyona çatdırılması nəzərdə tutulur.

Milli.Az