İnsanları daşımaq üçün dron istehsalına başlandı

11 İyun 2020 21:40

Ehang 184 dünyanın tək sərnişin daşıyan yeganə dronudur.

Milli.Az ted.az-a istinadən bildirir ki, Çində istehsal olunan Ehang 184 maksimum 100 kiloqram ağırlığında yük daşıya bilir. Uzaqdan idarə olunan pilotsuz təyyarənin üzərində bir kabin yerləşdirilib. Dron yerə paralel işləyən pərvanələr vasitəsilə idarə olunur.

Sərnişin daşıya bilən ilk pilotsuz uçuş aparatı gücünü elektrik enerjisindən alır. Havada 2 saat elektrik enerjisi saxlayır və dəniz səviyyəsində uçarkən 23 dəqiqə havada qala bilir. Pilotsuz təyyarənin maksimal sürəti saatda 100 kilometrdir.

Milli.Az