"Facebook" sosial şəbəkəsində foto və videoların "Google Photo" "bulud" xidmətinə köçürülməsi imkanı əlçatan olub.
Milli.Az ictnews.az-a istinadən bildirir ki, bütün mediakontenti "Google"un "bulud" saxlanc sisteminə köçürmək üçün Sazlamalar> Facebook-da Sizin informasiyanız> Foto və ya videoların surətinin daşınmasına keçmək lazımdır. Bundan sonra sosial şəbəkənin parolunu daxil etmək və "Google Photo"nu seçmək lazımdır.
Milli.Az