Məlum olduğu kimi, mobil telefonlar IMEI nömrəsi ilə müəyyən edilir. 15 rəqəmdən ibarət olan IMEI kodu hər bir cihaz üçün unikal olaraq yazılır. IMEI kodu təkrarlana bilməz, lakin son məlumata görə, Hindistanda satılan 13 min 500 Vivo smartfonu eyni identifikatorla qeydiyyatdan keçirib.
Milli.Az ted.az-a istinadən bildirir ki, bu qədər cihazda eyni kodun olması maraqlı hadisə əsasında ortaya çıxıb.
Belə ki, Meerut şəhərindən bir müfəttiş Dehlidəki xidmət mərkəzində "sındırılmış" cihaz əvəzinə aldığı smartfonun eyni IMEI olduğunu aşkarlayıb. Tezliklə Meerutun kiber polisi işlə əlaqədar istintaq başladıb. İstintaq zamanı məlum olub ki, beş ay ərzində Hindistanda 13 min 500-dən çox smartfonun eyni identifikatora sahib smartfon satılıb. Dehlidəki xidmət mərkəzinin meneceri vəziyyətə münasibət bildirməkdən imtina edib. Yalan IMEI kodu əksər ölkələrdə cinayət sayıldığından, polis Vivo şirkətinin Hindistandakı rəhbəri Harmanjit Singh-ə cinayət işinin açılması ilə bağlı bildiriş göndərib.
Qeyd edək ki, Vivo şirkəti hələ mövcud vəziyyəti şərh etməyib və təxminən 13 min smartfonun eyni IMEI-ni necə əldə etməsi haqqında məlumat verilməyib.
Milli.Az