“Manafın namusu namusumdur, qeyrəti qeyrətimdir” - VİDEO

9 İyun 2020 19:49

ARB TV-nin "Show News" verilişinin növbəti müsahibləri Manaf Ağayev və Vasif Məhərrəmli olub.

Milli.Az bildirir ki, Vasif Məhərrəmli Manaf Ağayevlə olan dostluğundan danışıb:

"Manaf Ağayevlə bir yerdə olanda yaşayıram, zövq alıram. Biz Manafla ailə dostuyuq. Onun övladları mənim övladlarım, ailəsi mənim ailəm, namusu namusumdur, qeyrəti qeyrətimdir. Deyib-gülən, söz üçün cibə girməyən insandır".

Manaf Ağayev isə özünün yaxşı cəhətlərindən danışıb:

"Mənim xainliyim, paxıllığım yoxdur. Məsələn, Vasifə mənim yanımda 10 toy desələr və onda mənim gözüm olarsa, o zaman kişilikdə payım yoxdur. Allahın işinə qarışmış oluram".

Milli.Az