"Çelsi"nin Xaversi "sevdası"

9 İyun 2020 09:07

Londonun "Çelsi" futbol klubu yarımmüdafiəçi Kay Xaversi alman "Bayer 04" komandasından transfer etmək niyyətindədir.

Milli.Az Trend-ə istinadən bildirir ki, 20 yaşlı futbolçunun transferi 75 milyon avroya dəyərləndirilir.

Xatırladaq ki, "Çelsi" həmçinin Timo Vernerin "Leypsiqd"ən 60 milyon avroya transferi barədə də razılıq əldə edib.

Hazırda Frenk Lempardın yetişdirmələri İngiltərə premyer-liqasında 4-cü yerdə qərarlaşıblar.

Milli.Az