"Neftçi" ingiltərəli məşqçi ilə yolları ayırdı

8 İyun 2020 20:49

"Neftçi" Futbol Akademiyasının müqavilə müddəti başa çatan direktoru Mik Benetlə qarşılıqlı razılaşma əsasında yolları ayırıb.

Milli.Az Qol.az-a istinadən xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, ingiltərəli mütəxəssis 2018-ci ilin sentyabrından "Neftçi"də çalışırdı.

Milli.Az