Seda Sayandan porno təhdidi - FOTOSESSİYA
14 Dekabr 2011 23:23
Erol Köşə "Twitter" mikrobloqinq servisindəki akkauntunda Seda Sayanın yarıçılpaq fotolarını yayaraq "bu qadın əvvəllər pornofilmlərə çəkilib, çayxana və ən ucuz kafelərdə oxuyub, indi özünü adam sayır" yazmışdı.
Seda Sayan da bu açıqlamadan sonra Köşəni məhkəməyə vermişdi. Fəqət, İstanbuldakı "Günay" restoranında keçirilən "Cenk Koray Ekran Ödül Töreni" mərasimində dava qopub.
Milli.Az xəbər portalı "Habertürk"ə istinadən bildirir ki, salonda Köşəni görən Sayan ona yaxınlaşıb və mübahisəyə başlayıb. Mübahisə az sonra davaya çevrilib. Köşə restorandan çıxanda isə S.Sayanın "çox yaxın dostu" Stelyo Pipis irəli çıxaraq Erol Köşəni yumruqlayıb.
Baş verənlərlə bağlı Seda Sayan deyib: "Mən ucuz kafelərdən çıxıb gəlsəydim, bununla fəxr edərdim. Amma sənətə toy salonlarından gəlmişəm. Mənə belə deyən ləyaqətsiz adam əslində əvvəllər kafelərdə oxumuş İbrahim Tatlısəsə sayğısızlıq edir. Erol Köşənin bir qədər əvvəl Tatlısəsə yalvararaq yardım istəməsi nə tez yadından çıxıb?! Köşə "Arxamda hökumət var!" deyir. Sənin kimi şərəfsizə hansı hökumət dəstək verirsə, çıxsın irəli! Mən elə hökuməti rədd edirəm.
Mənim adım Seda isə, səni həbsxanada görməsəm, sakitləşən deyiləm... arxanda duranlar da gəlsinlər. O adamları yaxşı tanıyıram. O namussuzlar arvadlarının çəkdikləri pornoqrafik filmləri göstərsinlər. Yoxsa o filmlərin hamısını çıxarıb göstərərəm", - Seda Sayan deyib.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.











Fotolar: Habertürk