“Əyləniləcək qadın olmaq istəmirəm” - 27 yaşlı Mina - VİDEO

8 İyun 2020 15:41

ARB TV-nin "Hüseynova bacıları" verilişinin növbəti qonağı Mina Hüseyn olub.

Milli.Az bildirir ki, müğənni evlənmək istəməmə səbəbinə aydınlıq gətirib:

"Ailə həyatı qurmağı hələ ki istəmirəm. 27 yaşım var. Qismət... İndiki oğlanlar da nədənsə evlənmək istəmirlər. Gəzib-tozmaq, gün keçirmək istəyirlər. Ona görə heç bir oğlanı yaxına buraxmaq istəmirəm. Əyləniləcək qadın yox, evləniləcək qadın olmaq istəyirəm. Hələ də gözləyirəm".

Milli.Az