Nəqliyyatda məsafə saxlamaq çətin olduğundan mütləq maskadan istifadə edin

8 İyun 2020 11:11

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ictimai nəqliyyatdan istifadə edən sərnişinlərə tövsiyələr verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, TƏBİB bu tövsiyələrini sosial şəbəkədəki səhifəsi vasitəsilə sərnişinlərə çatdırıb:

"İctimai nəqliyyatdan istifadə edirsinizsə, özünüzü və başqalarını qorumaq üçün COVID-19 infeksiyasının yayılmasının azalmasında nələri etməyin praktik və mümkün olduğunu düşünün. TƏBİB sizə aşağıdakıları tövsiyə edir:

- Xəstəsinizsə, evdə qalın
- İctimai nəqliyyatda fiziki məsafə saxlamaq çətin olduğundan, mütləq maskadan istifadə edin
- Tranzit stansiyanı tərk edərkən və və son dayanacaqda əl gigiyenasına riayət edin. Əllərinizi spirt əsaslı dezinfektantla təmizləyin" .

Milli.Az