Şevçenko ilə bağlı qərar açıqlandı

8 İyun 2020 09:59

Ukrayna Futbol Federasiyası millinin baş məşqçisi Andrey Şevçenko ilə bağlı yekun qərarı açıqlayıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki,bunu federasiyanın prezidenti Andrey Pavelko qurumun İcraiyyə Komitəsinin bugünkü iclasından sonra brifinqdə bəyan edib.

O bildirib ki, Şevçenko və onun köməkçilərinin müqaviləsi 2022-ci ilin dekabrın 31-dək artırılıb.

Qeyd edək ki, Şevçenko 2016-cı ildən Ukrayna millisini çalışdırır. Onun rəhbərlik etdiyi komanda Avro-2020-nin final mərhələsinə vəsiqə qazanıb. 43 yaşlı məşqçinin əvvəlki sözləşməsi də məhz Avropa çempionatının sonuna qədər idi. Ancaq qitə birinciliyi koronavirusa görə gələn ilə keçirilib.

Milli.Az