Bakıda 3 otaqlı ev yanıb

8 İyun 2020 09:10

Bakı şəhərinin Səbail rayonunda ümumi sahəsi 110 m² olan birmərtəbəli 3 otaqlı evin ondulindən ibarət dam örtüyü 65 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, evin qalan hissəsi və yaxınlıqdakı evlər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az