Övladına hörmət qoymaq – valideynin ən mühüm vəzifəsidir və valideynin Allah tərəfindən bağışlanmasına səbəb olar

14 İyun 2020 22:45

Valideynin ən böyük arzusu - övladına yaxşı tərbiyə verməkdir. Valideyn övladını cəmiyyətin ziyanlarından qorumağa çalışır və ona görə də ona ailədə elə təbiyə verməlidir ki, rahat şəkildə məktəbə və cəmiyyətə göndərə bilsin.

Valideyn əgər övladının ictimai ziyanlardan uzaq olmasını istəyirsə, gərək ailədə möhtərəm bir fəza yaratsın. Möhtərəm fəza odur ki, orada ata və ana bir-birinə hörmət edərlər. Övlad valideynə və valideyn də övladına həqiqi hörmət edər. Bu cür ailədə möhtərəm fəza olar.

Belə bir ailədə ifrat və təfritdən uzaq olarlar. Valideynin övladına qarşı rəftarında ifrat etməsi onun ərköyün olmasına gətirib çıxardar. Təfrit isə kompleksə səbəb olar. Ailənin hər bir üzvü bir-birinə sevgi üzündən hörmət etməlidir.

Övladına hörmət qoymaq - valideynin ən mühüm vəzifəsidir və valideynin Allah tərəfindən bağışlanmasına səbəb olar. Həzrət Peyğəmbər (s) buyurur: "Övladlarınıza hörmət edin və yaxşı tərbiyə edin. Günahlarınız bağışlanar".

O övlad ki, möhtərəm bir fəzada böyüyər, mətin şəxsiyyətə malik olar. Bu cür uşaq öz şəxsiyyətinə hörmət edər, çünki bu hörməti hələ dünyaya gəlməzdən əvvəl hiss etmişdir.

İmam Əli (ə) buyurur: "O kəs ki, özünə ehtiram edər, nəfsani meyllər onun nəzərində alçaq və kiçik olar".

O uşaq ki, hörmət etməyi ailədə öyrənər, nəfsi-kəramətdən bəhrələnər. Nəfsi-kəramət övladınızı əxlaq və etiqad fəsadlarından qoruyar. Psixoloqlar ona "özünə hörmət" deyirlər.

İslam təlimlərində oxuyuruq ki, əgər insan özünə hörmət edərsə, başqalarının zillətindən azad olar. Özünə olan etimadı sayəsində ən üstün sifətlərə yiyələnməyə çalışar. O kəs ki, özünə dəyər verər, daha çox əxlaqi fəzilətlərə malik olar və rəzil sifətlərdən uzaqlaşar.

İmam Səccad (ə) buyurur: "O kəsin ki, nəfsi-kəraməti olar, dünya onun üçün həqir və dəyərsiz olar".

Əmirəl-möminin (ə) buyurur: "O kəsin ki, özünə kəraməti olar, heç bir zaman günahın alçaq çirkinliyi ilə nəfsini xar etməz".

Əgər valideyn övladına özünə və başqalarına hörmət etməyi öyrətməzsə, yaxşı nəticələr ala bilməz. O kəs ki, xəyanətə uğrayar, rahat şəkildə rəzil sifətlərə üz tuta bilir. İmam Əli (ə) buyurur: "O kəs ki, özünü xar və alçaq bilər - onun xeyir və yaxşılığına ümid bəsləmə".

Hər bir valideyn bilməlidir ki, övladı da onun kimi xəlifətullahdır və ona görə də ona dəyərli bir varlıq kimi hörmət etməli və ehtiram göstərməyi də təlim verməlidir.

Milli.Az