Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlandı

7 İyun 2020 21:20

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyunun 7-nə olan statistik göstəriciləri açıqlayıb.

Milli.Az xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 5 013 test edildiyi bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 339 876 test aparılıb.

Milli.Az