Mingəçevir sakini itkin düşüb - FOTO

7 İyun 2020 17:37

Mingəçevir sakini Ağdaşda itkin düşüb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə rayonun Qaraoğlan kəndində qeydə alınıb.

1970-ci il təvəllüdlü Mingəçevir şəhər sakini Bayramov Araz Zəkəriyyə oğlu dünən səhər saatlarında ata evindən çıxaraq bir daha geri qayıtmayıb. Yaxınları bu barədə polisə məlumat verib.

Onun iki övladı var.

Milli.Az