Kürdəmirdə göldə batan 20 yaşlı oğlanın meyiti tapıldı

7 İyun 2020 16:14

Kürdəmirdə göldə batan oğlanını meyiti tapılıb.

Milli.Az Fövqəladə Hallar Naziyinin saytına istinadən bildirir ki, Kürdəmir rayonunun Sovla kəndində, süni göldə batdığı ehtimal olunan 2000-ci il təvəllüdlü Məmmədov Balakişi Sahib oğlunun axtarışları başa çatıb.

B.Məmmədovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Milli.Az