Tovuzda zəhərlənmə faktı qeydə alınıb.
Milli.Az APA-ya istinadən bildirir ki, hadisə rayonun İbrahimhaclı kəndində baş verib.
Belə ki 1982-ci il təvəllüdlü Samirə Əkbərova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal qadına lazımi tibbi yardım göstərilib, vəziyyətinin orta ağır olduğu bildirilir.
Məlumata görə 38 yaşlı hamilə qadın pomidordan zəhərlənib.
Milli.Az