İmişlidə çay süzmək istəyən qadını “tok” vurub öldürdü

7 İyun 2020 13:37

İmişlidə 83 yaşlı qadını elektrik cərəyanı vuraraq öldürüb.

Milli.Az "Qafqazinfo"ya istinadən bildirir ki, rayonun Ağamalılar kənd sakini 1936-cı il təvəllüdlü Səfərova Zibeydə Nüsrət qızı elektrik çaydanından çay süzmək istəyən zaman onu elektrik cərəyanı vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az