Azərbaycan idmanına ağır itki

7 İyun 2020 10:07

Azərbaycan idmanına ağır itki üz verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Azərbaycanda müxtəlif paralimpiya idman sahələrində çalışmış Şaiq Həmidov bu gün vəfat edib.

Qeyd edək ki, Şaiq Həmidov 2013-cü ildə Milli Paralimpiya Komitəsinin IV hesabat Seçki Konqresində Milli Paralimpiya Komitəsinin Vitse prezidenti vəzifəsinə seçilib. 2008-ci ildə Pekin, 2012-ci ildə London Yay Paralimpiya Oyunlarında iştirak edən Azərbaycan nümayəndə heyəti rəhbərinin müavini olub. AFFA-da hakim inspektor vəzifəsində çalışıb

Allah rəhmət eləsin!

Milli.Az