Yaponiyada hovuz üçün koronavirusdan qoruyan maska hazırladılar

7 İyun 2020 11:14

Yaponiyada üzgüçülük məktəbi müəllimləri üçün koronavirusun yayılmasından qoruyan xüsusi su keçirməyən maska ​​hazırlanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, məhsul adi bir tibbi maska ​​şəklindədir, yalnız o polivinil xloriddən hazırlanıb və ortada burun xətti boyunca sərt bir til var. Bu, maskanın ​​içərisində hava keçməsi üçün imkan yaradır, suyun təsirindən keyfiyyətini itirmir və üzməyə mane olmur.

Belə qoruma vasitəsi yaratmaq ideyası keçmiş peşəkar üzgüçü, "Rockin pool" şirkətinin rəhbəri Dzünye Nisiqaveyə aiddir. 

Milli.Az