Məşhur modellər qeyri-adi layihədə - FOTO

7 İyun 2020 10:21

Məşhur super modellər koronavirus pandemiyası fonunda təcrid rejimində "Vogue"un Britaniya versiyası üçün kütləvi xeyriyyə layihəsində iştirak ediblər.

Milli.Az oxu.az-a istinadən bildirir ki, nəşrin "Instagram" hesabında onların açıq-saçıq fotoları dərc olunub.

Layihədə ümumilikdə 23 model iştirak edib. Onların arasında Cici və Bella Hədid bacıları, Keyt Moss, İrina Şeyk, Helena Kristensen, Coan Smolls və başqaları var.

Məşhurlardan xahiş olunub ki, qarderoblarından hər hansı bir əşyanı seçsinlər, onunla şəkil çəkdirsinər, sonra isə xeyriyyə cəmiyyətinə bağışlasınlar.

Nəşr bildirib ki, vəsaitlərin bir hissəsi tibbi müəssisələrə, qalanı isə sistemli irqi ayrı-seçkiliklə mübarizə aparan NAACP təşkilatına göndəriləcək.

Milli.Az