Rusiyada müalicədən imtina edən koronavirusa yoluxmuş tibb bacısı evində ölüb

7 İyun 2020 09:06

Rusiyanın Mixailovski Mərkəzi Rayon Xəstəxanasında koronavirusa yoluxmuş tibb bacısı müalicə olunmaqdan imtina edib. 

Milli.Az APA-ya istinadən bildirir ki, infeksiyaya yoluxan tibb bacısı yaşadığı ünvanda  dünyasını dəyişib. 

Hazırda xəstəxanada ölümlə bağlı araşdırma davam edir. Məlum olub ki, tibbi personaldan daha ikisi koronavirusa yoluxub. 

On tibb işçisinin karantinə alındığı bildirilir.

Milli.Az