Astara sakini mənzilində halsız vəziyyətdə tapılıb

7 İyun 2020 07:59

Astara rayonunda 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Astara rayonunda 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Çağırış ünvanına cəlb olunan Cənub Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və vətəndaşı halsız vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Milli.Az