"Qalatasaray" futbolçularının və heyətinin koronavirusla bağlı testləri neqativ çıxıb

7 İyun 2020 08:33

Türkiyənin "Qalatasaray" futbol klubunun oyunçularının, məşqçilər heyətinin və işçilərinin koronavirus üçün verdiyi testlər neqativ çıxıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə İstanbul klubunun mətbuat xidməti bildirib.

Qeyd edək ki, 23 apreldə "Qalatasaray"ın baş məşqçisi Fatih Terim koronavirusa yoluxduğunu açıqlamışdı. 15 mayda 66 yaşlı mütəxəssis xəstəlikdən sağaldığını elan etdi.

Oyunçular arasında koronavirus yoluxma halları barədə məlumat verilməyib.

Milli.Az